• 6 °C
|

“Beşiktaş”ın İsrail klubu ilə qarşılaşmasında dava düşüb, oyun yarımçıq dayandırılıb

26 Noyabr 2026
img

UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik yaşanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər.

Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.