• 12 °C
|

Politico: Tramp Rutte ilə razılaşdırmadan birgə bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib

27 Noyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə razılaşdırmadan onların birgə bəyanatına Ukrayna münaqişəsinin genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməsi üçün Kiyevə ünvanlanan xəbərdarlıq əlavə edib.

Bu barədə “Politico” nəşri məlumat yayıb.

Qeyd edək ki, Tramp və Rutte noyabrın 25-də ABŞ Prezidentinin Florida ştatındakı Mar-a-Laqo iqamətgahında görüşüblər.

Görüşün yekununda Ağ Ev ABŞ Prezidenti və NATO-nun Baş katibinin birgə bəyanatını yayıb.

Sənəddə Ukrayna münaqişəsinin mümkün qədər tez sülh yolu ilə nizamlanmasının və onun genişlənməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb.

Tramp və Rutte münaqişənin genişlənməsi riskini Rusiyanın qəsdən və ya bilməyərəkdən belə nəticələrə gətirib çıxara biləcək hərəkətləri ilə əlaqələndiriblər.

Birgə bəyanat NATO-nun rəsmi saytında da dərc olunub.