• 22 °C
|

ABŞ Almaniyaya “Tomahawk” raketlərinin verilməsini ləğv edə bilər

5 İyun 2026
img

ABŞ administrasiyası Rusiyanın bu addımı eskalasiya kimi qəbul edə biləcəyindən narahat olduğu üçün Almaniyaya “Tomahawk” qanadlı raketlərinin verilməsi planlarından imtina edə bilər.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

"Qismən rəsmilərin Rusiyanın bunu eskalasiya kimi qəbul edəcəyindən narahatlığı səbəbilə Pentaqonun Almaniyaya “Tomahawk” raketlərinin göndərilməsi planlarını ləğv etməsi gözlənilir. Bu da ABŞ-ın böyük müttəfiqlərindən biri ilə uzun müddətdir planlaşdırılan razılaşmadan gözlənilməz bir sapma olardı", – məqalədə deyilir.