• 29 °C
|

ABŞ “Azadlıq Layihəsi” əməliyyatına 15000 hərbçi göndərəcək

4 May 2026
img

Hörmüz boğazında ilişib qalan gəmiləri müşayiət etmək üçün "Azadlıq Layihəsi" əməliyyatına təxminən 15 min ABŞ hərbçisi, idarə olunan raket esminesi və 100-dən çox təyyarə göndəriləcək.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

"ABŞ-ın "Azadlıq Layihəsi"nə hərbi dəstəyi idarə olunan raket esminesi, 100-dən çox quru və dəniz təyyarəsi, müxtəlif pilotsuz platformalar və 15000 əsgəri əhatə edəcək", – məlumatda deyilir.