• 23 °C
|

ABŞ beş İran tankerinin məhv edildiyini açıqlayıb

9 Sentyabr 2026
img

ABŞ hərbçiləri İranın beş neft tankerini məhv edib.

APA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb.

“CENTCOM qüvvələri sentyabrın 8-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə iki dəfə ballistik raketlərlə hücum etməsindən sonra beş İran neft tankerini məhv edib”, – komandanlığın bəyanatında deyilir.

CENTCOM-un məlumatına görə, Oman körfəzində yerləşən “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri, həmçinin Xark adası yaxınlığında olan “Derya” gəmisi məhv edilib.

Bəyanatda qeyd olunur ki, sentyabrın 5-də ABŞ hərbçiləri İran İslam Respublikasına məxsus üç neft tankerini də məhv edib.