• 24 °C
|

Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək

9 Sentyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp sentyabrın 9-u və 10-da Texas ştatının Dallas şəhərində keçiriləcək Respublikaçılar Partiyasının qurultayında iki dəfə çıxış edəcəyini açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə öz “Truth Social” hesabında məlumat verib.

“Sabah axşam, çərşənbə günü və tədbirin cümə axşamı yekununda çıxış edəcəyəm”, – Tramp yazıb.

O qeyd edib ki, tədbirdə ilk növbədə qarşıdan gələn Konqres seçkilərində ən çətin mübarizə aparacaq respublikaçı namizədlərə çıxış imkanı verilməlidir.

Trampın sözlərinə görə, əsas məqsəd seçkilərdə az fərqlə öndə və ya geridə olan, yaxud şansları bərabər görünən namizədlərə dəstək verməkdir.

Qurultayda vitse-prezident Ceyms Devid Vens, maliyyə, ədliyyə və səhiyyə nazirləri, Nümayəndələr Palatasının spikeri və bir neçə konqresmenin də çıxış edəcəyi gözlənilir.