• 16 °C
|

ABŞ-da tuneldə qatar yanıb, 5 nəfər xəsarət alıb

30 May 2026
img

ABŞ-da Nyu-York və Nyu-Cersi ştatları arasında yerləşən Hudson tunelində qatarın alovlanması nəticəsində beş nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, Nyu-York stansiyası bir neçə saatlıq xidməti dayandırmaq məcburiyyətində qalıb.

Hadisə nəticəsində yaralanan beş işçidən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.