• 30 °C
|

ABŞ dövlət katibi Rusiya XİN başçısı ilə görüşəcəyini təsdiqləyib

22 İyul 2026
img

ABŞ dövlət katibi Marko Rubio iyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş keçirəcəyini təsdiqləyib.

"The Jerusalem Post" xəbər verir ki, Rubio bu barədə Filippində ASEAN tədbirləri çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Sabah yenidən danışacağıq", – deyə Rubio Lavrovla planlaşdırılan görüşlə bağlı sualı cavablandırıb.

ABŞ dövlət katibi qeyd edib ki, görüş zamanı Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması prosesində konstruktiv rol oynamaq imkanlarının olub-olmadığını müzakirə edəcəklər.

Rubio həmçinin vurğulayıb ki, ABŞ və Rusiya dünyanın ən böyük nüvə dövlətləri kimi fikir ayrılıqlarına baxmayaraq dialoqu davam etdirməlidirlər.

"Ümumiyyətlə ünsiyyəti dayandırmaq düşüncəsiz və məsuliyyətsiz olardı. Fikir ayrılıqlarımız olsa belə, Rusiya hökuməti ilə münasibətləri qoruyub saxlamalıyıq", – deyə o əlavə edib.