• 23 °C
|

ABŞ-ın nüvə silahlarına xərcləri 22 faiz artıb

10 İyun 2026
img

ABŞ-ın nüvə silahlarına ayırdığı vəsait 2025-ci ildə əvvəlki illə müqayisədə 22 faiz artaraq 69,2 milyard dollara çatıb.

APA xəbər verir ki, bu barədə Nüvə Silahlarının Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) hesabatında bildirilir.

“ABŞ yenidən nüvə silahına malik bütün digər dövlətlərin birlikdə xərclədiyindən daha çox vəsait sərf edib – 69,2 milyard dollar”, – hesabatda qeyd olunur.

Sənədə əsasən, nüvə silahlarına ən çox vəsait ayıran ölkələr arasında ikinci yerdə Çin (13,5 milyard dollar), üçüncü yerdə Böyük Britaniya (12,6 milyard dollar), dördüncü yerdə isə Rusiya (9,5 milyard dollar) qərarlaşıb.

ICAN ekspertlərinin hesablamalarına görə, hesabatda yer alan doqquz nüvə dövlətinin ümumi xərcləri təxminən 119 milyard dollar təşkil edib.

Qeyd edək ki, ICAN 2007-ci ildə Avstraliyanın Melburn şəhərində yaradılmış qeyri-hökumət təşkilatları koalisiyasıdır və nüvə silahlarının tam ləğvini hədəfləyir. Təşkilat 2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.