• 26 °C
|

ABŞ İranın dəniz blokadasını bərpa etdikdən sonra yeddi gəminin marşrutunu dəyişib

20 İyul 2026
img

ABŞ ordusu İranın dəniz limanlarının blokadasını bərpa etdikdən sonra bir gəmini sıradan çıxarıb və daha yeddi gəmini başqa yönə istiqamətləndirib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.

"İyulun 20-nə olan məlumata görə, ABŞ hərbçiləri yeddi kommersiya gəmisinin marşrutunu dəyişib, daha bir gəmini isə sıradan çıxarıb ki, həmin gəmilər İran limanlarına daxil ola və ya oradan çıxa bilməsinlər", – açıqlamada deyilir.

Qeyd edək ki, ABŞ 14 iyulda İrana qarşı dəniz blokadasını yenidən bərpa edib.