• 21 °C
|

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib

5 İyun 2026
img

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya əlavə yardım göstərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

APA xəbər verir ki, 226 üzv təşəbbüsün lehinə, 195 üzv isə əleyhinə səs verib.

Qanun layihəsi Rusiyanın Ukrayna ilə silahlı münaqişədə iştirak edib-etmədiyini, sülh müqaviləsinin şərtlərini pozub-pozmadığını və ya sülh yolu ilə həll üçün lazımi danışıqlar aparmadığını müntəzəm olaraq qiymətləndirməyi tələb edir.

Cəzalara Rusiya rəsmilərinə, maliyyə qurumlarına, neft və qaz sektoruna, kömür və mədən sənayesinə qarşı əlavə sanksiyalar, eləcə də Rusiya mal və xidmətlərinə gömrük rüsumlarının ən azı 500%-ə qədər artırılması daxildir.

Bundan əlavə, qanun layihəsi 2026 və 2027-ci maliyyə illərində Ukraynaya 300 milyon dollarlıq hərbi yardım nəzərdə tutur.