• 19 °C
|

ABŞ ordusu 10 min qanadlı raket almaq niyyətindədir

14 May 2026
img

Pentaqon üç il ərzində 10 min ədəd qiyməti ucuz olan qanadlı raket almaq niyyətindədir.

Bu barədə “The Wall Street Journal” (WSJ) qəzetini mənbələrə istinadən məlumat yayıb.

Ucuz Qiymətli Konteyner Raketləri (LCCM) proqramı çərçivəsində alınacaq raketlərin hər birinin bir neçə yüz min dollara başa gələcəyi və ABŞ ordusunun artıq xidmətdə olan “Tomahawk” raketlərini tamamlayaraq arsenalını genişləndirməsinə və şaxələndirməsinə kömək edəcəyi gözlənilir.

Yeni raketlərin hazırlanması və istehsalı üçün sifarişi yerinə yetirmək məqsədilə Pentaqon “CoAspire”, “Zone 5”, “Leidos” və “Anduril Industries” şirkətləri ilə müqavilələr bağlayıb.