• 21 °C
|

ABŞ ordusu İranın blokadaya alınmasından bəri 120-dən çox gəminin marşrutunu dəyişib

1 İyun 2026
img

ABŞ ordusu İranın dəniz blokadasına alındığı bir ay yarımda 123 gəminin marşrutunu dəyişdirib və ya sıradan çıxarıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"31 may tarixinə qədər 118 kommersiya gəmisi marşrutunu dəyişdirib, beşi sıradan çıxarılıb", – məlumatda deyilir.

Qeyd edək ki, 13 aprel tarixində ABŞ ordusu İranın dəniz blokadasına başlayıb.