• 18 °C
|

ABŞ pilotsuz texnologiyaların inkişafına 56 milyard dollar ayıracaq

30 May 2026
img

ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, ölkəsi 2027-ci maliyyə ilinin büdcəsi çərçivəsində ölkənin pilotsuz texnologiyalar sahəsində liderliyini təmin etmək üçün 56 milyard dollar investisiya ayırmağı planlaşdırır.

APA xəbər verir ki, Heqset bunu Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumunda bəyan edib.

"Prezident Trampın 2027-ci il büdcəsində dronlar sahəsində üstünlüyün təmin edilməsinə 56 milyard dollar məbləğində investisiyanın qoyulacağını görəcəksiniz", – nazir deyib.