
ABŞ administrasiyası Rusiya dizel yanacağının dünya bazarına tədarükünün artırılmasının qiymətlərə təzyiqi azalda biləcəyini hesab edir.
“Bloomberg” agentliyinin məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
Onun sözlərinə görə, Rusiya istehsalı olan dizel yanacağının beynəlxalq bazara daha böyük həcmdə çıxarılması təklifin artmasına və qiymətlərin sabitləşməsinə kömək edə bilər.
“Məqsəd bazara daha çox Rusiya dizelinin daxil olmasını təmin etməkdir. Bu, dünya bazarındakı gərginliyi azaldar və dizel yanacağının qiymətlərinə təzyiqi zəiflədər”, – nazir qeyd edib.
Xatırladaq ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı neft və neft məhsullarının tədarükü məsələsi də müzakirə edilib.
Putin Rusiyanın neft və neft məhsullarını ABŞ və dünya bazarlarına tədarük etməyə hazır olduğunu bildirib.