
Kolumbiyanın cənub-qərbində qanunsuz fəaliyyət göstərən qızıl mədənində baş verən çökmə nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.
“Caracol” telekanalının məlumatına görə, bunu Narino departamentinin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb.
“Hazırda 14 nəfərin öldüyü məlumdur. Daha 7 nəfər yaralanıb. Axtarış işləri artıq başa çatdırılıb”, – Qonsales qeyd edib.
O bildirib ki, hadisə Santa-Barbara bələdiyyəsi ərazisində yerləşən qanunsuz açıq tipli qızıl mədənində baş verib. Torpaq kütləsinin sürüşməsi nəticəsində qızıl hasilatı ilə məşğul olan işçilər dağıntılar altında qalıblar.
Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 9 nəfərin öldüyü bildirilmişdi.
Kolumbiyanın cənub-qərbində qanunsuz fəaliyyət göstərən qızıl mədənində çökmə baş verib.
“Caracol” telekanalının məlumatına görə, hadisə Narino departamentinin Santa-Barbara bələdiyyəsi ərazisində qeydə alınıb.
Departamentin sülh və insan hüquqları məsələləri üzrə katibi Aleks Qonsales bildirib ki, çökmə nəticəsində bir neçə işçi dağıntılar altında qalıb.
“Hazırda doqquz nəfərin həlak olması barədə məlumatımız var”, – o qeyd edib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ərazinin çətin keçilən olması və təhlükəsizlik problemləri əməliyyatı çətinləşdirir.
Telekanalın məlumatına görə, ölənlərin sayının 12–15 nəfərə çatacağı istisna edilmir.