• 20 °C
|

ABŞ səkkiz Livan vətəndaşına qarşı sanksiya tətbiq edəcək

22 May 2026
img

ABŞ “Hizbullah”la əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik işçisinə qarşı sanksiya tətbiq etmək niyyətindədir.

Bu barədə Qətərin “əl-Cəzira” telekanalı Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.

"Hədəf alınanlar “Hizbullah”ın tərksilah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər", – mənbə bildirib.

Məlumata görə sanksiyalar səkkiz Livan vətəndaşını və bir İran diplomatına şamil olunub.

Bunlara parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musəvi və Hüseyn Həcc Həsən və sabiq nazir Məhəmməd Fneyş daxildir.

Siyahıda “Hizbullah”ın siyasi və hərbi müttəfiqi olan “Şiə Əməl” hərəkatının təhlükəsizlik xidmətinə rəhbərlik edən Əhməd Baalbeki də daxil olmaqla bir neçə təhlükəsizlik işçisi də var.