• 29 °C
|

Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür

17 İyul 2026
img

ABŞ Prezidenti Donald Tramp xarici dövlətlərin, o cümlədən İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığı barədə fikirlə razıdır.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi brifinqdə bildirib.

Livitt vitse-prezident Cey Di Vensin bu mövzuda səsləndirdiyi fikirləri şərh edərkən deyib ki, Tramp xarici dövlətlərin ABŞ-da ictimai rəyə təsir göstərmək cəhdlərinin mövcud olduğunu qəbul edir.

“Düşünürəm ki, prezident xarici dövlətlərin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığı fikri ilə tam razılaşar. Buna heç bir şübhə yoxdur, bu, əsas faktdır”, – deyə Ağ Evin sözçüsü vurğulayıb.