• 29 °C
|

CENTCOM: ABŞ qüvvələri Baş Komandanın göstərişi ilə İrana qarşı yeni hücumlara başlayıb

21 İyul 2026
img

“Bu gün Şərq vaxtı ilə saat 16:00-da ABŞ qüvvələri Baş Komandanın göstərişi ilə İrana qarşı yeni hücumlara başlayıb”.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir.

Həmçinin bildirilib ki, hücumlar Hörmüz boğazında ticarət gəmiçiliyinə hücum etmək üçün istifadə edilən İran hərbi imkanlarını daha da zəiflətmək üçün nəzərdə tutulub.