23 İyl 2026

Çilidə son bir həftə ərzində yağan güclü yağışlar nəticəsində azı 13 nəfər ölüb.
APA xəbər verir ki, təbii fəlakət səbəbilə yüzlərlə ev zərər görüb, yollar və körpülər dağılıb, bir çox yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
Aidiyyəti qurumlar axtarış-xilasetmə işlərini davam etdirir, zərərçəkən bölgələrdə fövqəladə vəziyyət tədbirləri həyata keçirilir.