• 19 °C
|

Çin Pakistanın İran-ABŞ vasitəçilik səylərinə dəstək verəcək

29 May 2026
img

Çin İran və ABŞ arasında münaqişənin həlli istiqamətində Pakistanın vasitəçilik təşəbbüslərini dəstəkləyəcəyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Nyu-Yorkda pakistanlı həmkarı İshaq Darla görüşündə bildirib.

Van İ qeyd edib ki, Pakistan danışıqlarda fəal və etibarlı vasitəçi rolunu oynayır.

O vurğulayıb ki, Pekin bütün tərəflərin dialoq və danışıqlara sadiq qalmasını, atəşkəsin möhkəmlənməsini və Yaxın Şərqdə sabitliyin bərpasını dəstəkləyir.