• 19 °C
|

Fox News: Heqset ABŞ ordusunda general və admirallar üçün vəzifələrin sayını 20 faiz azaldacaq

30 Sentyabr 2026
img

ABŞ-ın müdafiə naziri Pit Heqset Amerika Silahlı Qüvvələrində general və admirallar üçün nəzərdə tutulan vəzifələrin sayını 20 faiz azaltmağı planlaşdırır.

Bu barədə “Fox News” xidməti sənədlərə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Heqset sentyabrın əvvəlində Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və birləşmiş kadr ehtiyatında ixtisar planlarını təsdiqləyib.

Silahlı Qüvvələrə dəyişiklikləri həyata keçirmək və ixtisarları 2027-ci il yanvarın 1-dək başa çatdırmaq tapşırılıb.

Heqsetin planları çərşənbə günü Virciniya ştatının Quantiko şəhərində Silahlı Qüvvələrin vəziyyəti və qarşıdakı il üçün prioritetlərə həsr olunmuş çıxışı zamanı rəsmən açıqlayacağı gözlənilir.

Yeni hədəf Heqsetin ötən il general və admiral vəzifələrinin ümumi sayının 10 faiz azaldılması ilə bağlı müəyyən etdiyi göstəricidən iki dəfə çoxdur.