04 İyn 2026

ABŞ iyul ayında təxminən 60 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır.
"The Washington Post" qəzetinin məlumatına görə, yeni tariflər 10%-12,5% arasında dəyişəcək və həm Avropa İttifaqı ölkələrinə, həm də Rusiyaya şamil oluna bilər.
Nəşr qeyd edir ki, qərar məcburi əməyin tətbiqi ilə istehsal olunmuş məhsulların idxalı ilə bağlı aparılan araşdırmanın nəticələrinə əsaslanır.
Yeni rüsumların ictimai müzakirə mərhələsi başa çatdıqdan sonra qüvvəyə minməsi gözlənilir.