• 24 °C
|

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun 2026
img

ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu iyunun 30-da keçiriləcək.

Bu barədə “Al Arabiya” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına əsasən, hazırda tərəflər razılaşmanın əldə olunması istiqamətində iş aparır.