• 28 °C
|

Kuşner: Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb

6 Sentyabr 2026
img

ABŞ prezidenti Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması prosesində Rusiya–Ukrayna–ABŞ üçtərəfli formatına qayıdılacağına ümid edir.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Biz danışıqları üçtərəfli formatda aparmağa daha çox üstünlük verirdik. Bu zaman tərəflər bir-biri ilə birbaşa danışırdılar. Bu, Rusiyanın mövqeyini Ukraynaya, Ukraynanın mövqeyini isə Rusiyaya bizim çatdırmağımızdan daha yaxşıdır. O zaman hamı bir-biri ilə çox dostyana şəkildə rus dilində danışırdı”, – Kuşner deyib.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni təkliflər paketinin hazırlanmasını tapşırıb.