• 20 °C
|

“Amazon”un yük təyyarəsi Mayami hava limanı yaxınlığında qəzaya uğrayıb

6 Sentyabr 2026
img

"Amazon" şirkətinə məxsus “Boeing 767” yük təyyarəsi Mayami Beynəlxalq Hava Limanının yaxınlığındakı yolda qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Təyyarə Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub.

Qəzanın səbəbi və hadisənin tam miqyası hələlik məlum deyil.

Hakimiyyət orqanları ölən və yaralananların sayı barədə məlumat açıqlamayıb.