• 21 °C
|

NASA MAVEN zondunun itirilməsinin mümkün səbəbini açıqlayıb

4 İyun 2026
img

NASA 2025-ci ilin sonunda Mars orbitində fəaliyyət göstərən MAVEN aparatının itirilməsi ilə bağlı ilkin nəticələri açıqlayıb.

APA xəbər verir ki, qurumun məlumatına görə, zond Marsın kölgəsindən çıxdıqdan sonra naməlum səbəbdən yüksək sürətlə fırlanmağa başlayıb.

Layihə rəhbəri Maykl Moronun sözlərinə görə, bu vəziyyət qısa müddətdə batareyaların tam boşalmasına səbəb olub və nəticədə aparatla əlaqə tamamilə kəsilib.

NASA nümayəndəsi bildirib ki, buna baxmayaraq MAVEN missiyası elmi baxımdan uğurlu hesab olunur və Marsın öyrənilməsinə mühüm töhfələr verib.