
Nvidia şirkətinin baş direktoru Jensen Huang G20 ölkələrini süni intellektlə bağlı nəzəri risklərə görə həddindən artıq sərt qaydalar qəbul etməməyə çağırıb.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Huang süni intellektin gələcəkdə yarada biləcəyi ehtimal olunan problemlərə görə indidən sərt məhdudiyyətlər tətbiq edilməsinin innovasiyalara mane ola biləcəyini bildirib.
ABŞ Ticarət naziri Hovard Lutnik isə süni intellekt şirkətlərinin modellərin hazırlanması zamanı müəllif hüquqları ilə qorunan materiallardan istifadəsinə imkan verən qaydaları müdafiə edib.
Məsələ “OpenAI”, “Google”, “Meta” və “Anthropic” kimi şirkətlərə qarşı müəllif hüquqları ilə bağlı məhkəmə iddialarının davam etdiyi bir vaxtda gündəmə gəlib.
Huang və digər texnologiya rəhbərləri həddindən artıq sərt tənzimləmənin AI sahəsində inkişafı və investisiyaları zəiflədə biləcəyini vurğulayıblar.