• 24 °C
|

Tramp ABŞ hökumətinin maliyyələşdirilməsini dekabrın 11-dək uzadıb

3 Sentyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsini dekabrın 11-dək uzadan qanun layihəsini imzalayıb.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, federal qurumların maliyyələşdirilməsi 2026-cı il dekabrın 11-dək davam etdiriləcək.

Qanun layihəsi bundan əvvəl Konqresin hər iki palatası tərəfindən təsdiqlənib və maliyyə ilinin sentyabrın 30-da başa çatmasından sonra hökumətin hazırkı səviyyədə maliyyələşdirilməsini nəzərdə tutur.

“Associated Press”in məlumatına görə, qərarın əsas məqsədi noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində və seçkilər zamanı federal hökumətin fəaliyyətinin dayandırılmasının (şatdaun) qarşısını almaqdır.

Qeyd edək ki, son bir ildə ABŞ federal hökuməti maliyyələşdirmənin olmaması ilə bağlı iki dəfə rekord müddətli böhranla üzləşib.