• 27 °C
|

Panama kanalı ilə neft daşımaları 70%-dən çox artıb

13 May 2026
img

Hörmüz boğazındakı blokada səbəbindən Atlantik və Sakit okeanları birləşdirən Panama kanalı ilə neft və neft məhsullarının daşınması aprel ayında ötən ilin orta göstəricisi ilə müqayisədə 70%-dən çox artıb.

Bu barədə Yaponiyanın “Nikkei” iqtisadi qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Hörmüz boğazının faktiki bağlanması Asiya ölkələrinin ABŞ-dan alternativ neft tədarükləri axtarmasına səbəb olub.