• 23 °C
|

Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək

7 İyun 2026
img

Peruda “Mühafizəkar Xalq Qüvvəsi” partiyasının lideri Keiko Fujimori ilə solçu "Birlikdə Peru üçün" partiyasının namizədi Robert Sançes arasında təkrar prezident seçkiləri keçiriləcək.

APA xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 8 iyun səhər saat 7:00-da açılacaq və axşam saat 17:00-da bağlanacaq.

Qeyd edək ki, 12 apreldə keçirilən seçkilərin birinci turunda Fujimori səslərin 17,192%-ni, Sançes isə 12,039%-ni toplamışdı.

Səslərin 11,912%-ni toplayaraq üçüncü yeri tutan Limanın sabiq meri Rafael Lopes Əliağa seçkilərin təkrar keçirilməsini tələb edib. Bu həftə o, tərəfdarlarını ikinci turda Fujimorini dəstəkləməyə çağırıb.