20 İyl 2026

Perunun mərkəzi hissəsində baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.
Peru Geofizika İnstitutunun məlumatına əsasən, zəlzələnin episentri Xunin departamentində yerləşən Çupaka şəhərinin 7 kilometr cənubunda, ocağı isə 24 kilometr dərinlikdə qeydə alınıb.