• 21 °C
|

Rubio: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırılıb

22 May 2026
img

Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqlar dayandırılıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio NATO ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşündə deyib.

O bildirib ki, hazırda heç bir müzakirə aparılmır. Bununla belə, Rubio gələcəkdə vəziyyətin dəyişəcəyinə ümid etdiyini vurğulayıb.

ABŞ Dövlət katibi əvvəlki dialoq raundlarının heç bir nəticə vermədiyini etiraf edib. O, buna baxmayaraq, ABŞ-ın vasitəçi kimi fəaliyyətini davam etdirməyə hazır olduğunu qeyd edib.

Rubio diqqətə çatdırıbki, ABŞ sonsuz, nəticəsiz danışıqlarda iştirak etmək niyyətində deyil.

O, müharibənin bir tərəfin ənənəvi qələbəsi ilə deyil, yalnız danışıqlar masasında bitə biləcəyinə əminolduğunu ifadə edib.

Qeyd edək ki,2026-cı ildə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların üç raundu keçirilib. Bunlardanbirincisi 23-24 yanvar tarixlərində Əbu-Dabidə,ikincisi 4-5 fevral tarixlərində yenə Əbu-Dabidəkeçirilib və burada əsir mübadiləsi barədə razılığa gəlinib. Danışıqların üçüncü raundu isə17-18 fevral tarixlərində Cenevrədəbaş tutub.