
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran bu həftə gərginliyin yenidən artmasına baxmayaraq danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Bu barədə xəbər verən “Reuters” qeyd edir ki, o, ötən ay tərəflər arasında əldə edilmiş atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib.
Eyni zamanda, ABŞ administrasiyası İrandan Hörmüz boğazında gəmilərə hücumları dayandırmağı tələbini daha da sərtləşdirib. Son qarşıdurmalar nəticəsində neft qiymətlərinin bahalaşması ABŞ-da noyabr ayında keçiriləcək Konqres seçkiləri ərəfəsində Donald Tramp üçün siyasi baxımdan həssas məsələ hesab olunur.