• 17 °C
|

Tramp administrasiyası 300 mindən çox vizanı ləğv edib

21 Oktyabr 2026
img

ABŞ prezidenti Donald Trampın administrasiyasının hakimiyyətə gəldiyi gündən indiyədək 300 mindən çox vizanı ləğv etdiyi açıqlanıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə nazir müavini Mora Namdar öz “X” hesabında məlumat verib.

O, viza sahiblərinin ABŞ qanunlarına hörmət etməli olduğunu vurğulayıb, əks halda, onların ABŞ-a səfər etmək imtiyazını itirəcəklərini bildirib.