20 İyn 2026

“Atəşkəs dövründəki 60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq”.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
“60 günlük müddət bitdikdən sonra da olmayacaq. Bu, razılaşma olmayacağı təqdirdə həm keçmiş, həm indiki, həm də gələcək xərclərin ödənilməsi məqsədilə ABŞ-ın Yaxın Şərq ölkələrinə “Qoruyucu mələk” kimi göstərdiyi xidmətlərə görə, ABŞ tərəfindən tətbiq ediləcəyi halda baş verə bilər”, – Tramp yazıb.