
ABŞ Prezidenti Donald Tramp BMT-nin növbəti Baş katibi vəzifəsində Beynəlxalq Futbol Federasiyasının prezidenti Canni İnfantinonu görmək istəyir.
Bu barədə “New York Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İnfantino 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatı zamanı Trampla yaxın münasibət qurub.
Qəzetin yazdığına görə, Tramp İnfantinonun dünya miqyasında hörmət qazandığını və insanları bir araya gətirmək bacarığına malik olduğunu düşünür.
Trampın bu məsələni İnfantino ilə müzakirə edib-etmədiyi, həmçinin FİFA prezidentinin BMT Baş katibi vəzifəsinə namizəd olmaq istəyib-istəmədiyi məlum deyil.
Qeyd edək ki, İnfantino bu ilin aprel ayında 2027-ci ildə FİFA prezidentliyinə yenidən namizəd olacağını açıqlamışdı.
Hazırkı BMT Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır.