• 18 °C
|

Tramp Ər-Riyad hava limanına hücumdan narazılığını bildirib

10 Oktyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumundan narazılığını ifadə edib.

APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

“Bu, yaxşı deyil, xoşagəlməz hadisədir. Mən narazıyam”, – ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edildiyini açıqlayıblar.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində azı üç Səudiyyə Ərəbistanı vətəndaşı həyatını itirib, daha bir neçə nəfər yaralanıb.