• 25 °C
|

Tramp Əraqçinin İran və ABŞ-ın razılaşmanı yekunlaşdırmağa yaxın olduğuna dair mövqeyini bölüşür

12 İyun 2026
img

ABŞ Prezidenti Donald Tramp İranın xarici işlər naziri Abbas Əraqçinin iki ölkə arasında razılaşmaya dair mövqeyini bölüşür.

APA xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İran XİN rəhbərinin açıqlamasını yayıb.

Qeyd edək ki, Əraqçi “X” hesabında İslamabad Anlaşma Memorandumunun heç vaxt olmadığı qədər yekunlaşmağa yaxınolduğunu bildirib. Nazir yekun razılaşma təsdiqlənənə qədər medianı fərziyyələrdən çəkinməyə çağırıb. Əraqçi bütün detallarınlazımi vaxtda ictimaiyyətin diqqətinə çatdırılacağını vurğulayıb.