04 İyn 2026

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan dərhal sonra Hörmüz boğazında gəmiçilik fəaliyyəti tam bərpa olunacaq.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu razılaşmanın əsas bəndlərindən biri boğazın beynəlxalq gəmiçilik üçün açıq saxlanılmasıdır.
ABŞ lideri əlavə edib ki, Amerika minatəmizləyən gəmiləri artıq Hörmüz boğazı yaxınlığında yerləşdirilib.