02 İyn 2026

ABŞ Prezidenti Donald Tramp yaxın gələcəkdə neft qiymətlərinin ciddi şəkildə aşağı düşəcəyini bildirib.
CNBC telekanalına müsahibəsində Tramp neft bazarı ilə bağlı nikbin proqnoz verib.
“Düşünürəm ki, neft çox yaxın zamanda daş kimi aşağı düşəcək”, – ABŞ prezidenti deyib.
O əlavə edib ki, enerji daşıyıcılarının bahalaşmasından narahat deyil.