• 27 °C
|

Tramp Obama və Baydeni Ağ Evdə futbol matçını birlikdə izləməyə dəvət edə biləcəyini deyib

4 İyul 2026
img

ABŞ Prezidenti Donald Tramp sələfləri Barak Obama, Co Bayden və Corc Buşu Ağ Evə dəvət edərək birlikdə Amerika futbolu matçını izləyə biləcəyini bildirib.

APA xəbər verir ki, bu barədə Tramp ABŞ-ın ikinci xanımı Uşa Vensin podkastında danışıb.

"Bəlkə Barak Hüseyn Obamanı, Co Baydeni, Buşları və ya Corc Buşu futbol matçını birlikdə izləməyə dəvət edim? Ola bilsin ki, onlardan bəzilərini Ağ Evə dəvət edim", – deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, belə bir görüş maraqlı hadisəyə çevrilə bilər.

"Bu, maraqlı hekayə olardı. Mətbuat buna görə dəli olardı", – deyə o əlavə edib.