
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yenilənmiş qanun layihəsini nəzərdən keçirəcəyini bildirib.
APA xəbər verir ki, bu barədə o, İraqın Baş naziri Əli əz-Zeydi ilə Ağ Evdə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp əvvəlcə qanun layihəsinin qəbul olunma ehtimalını yüksək qiymətləndirib.
“Bunun baş verməsi üçün yaxşı şans var”, – deyə ABŞ Prezidenti bildirib.
Lakin o, Rusiyanın əsas ticarət tərəfdaşlarına, o cümlədən Hindistan və Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini dəstəkləyib-dəstəkləmədiyi barədə suala cavab olaraq bu məsələnin hələ müzakirə olunmadığını bildirib.
“Mən bu məsələni nəzərdən keçirməliyəm. Bu, hələ müzakirə edilməyib”, – deyə Tramp vurğulayıb.
O əlavə edib ki, qanun layihəsinin əsas təşəbbüskarlarından biri senator Lindsi Qrem olub və bu təşəbbüs onun üçün xüsusi əhəmiyyət daşıyırdı.