06 İyn 2026

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tayvana ayrılmış təxminən 14 milyard dollarlıq silah paketini təhvil verib-verməyəcəyi barədə hələ yekun qərar qəbul etmədiyini açıqlayıb.
APA-nın məlumatına görə, o, Viskonsin ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, məsələ nəzərdən keçirilir.
“Bunu araşdıracağıq”, – deyə Tramp qeyd edib.
ABŞ lideri silah paketinin gələcək taleyi ilə bağlı əlavə təfərrüat açıqlamayıb.