• 22 °C
|

Tramp tibbi müayinədən keçib

26 May 2026
img

ABŞ Prezidenti Donald Tramp bildirib ki, tibbi müayinə zamanı onda hər hansı sağlamlıq problemi aşkarlanmayıb.

APA xəbər verir ki, “Truth Social” hesabında paylaşım edən Tramp, Uolter Rid adına hərbi-tibb mərkəzində növbəti tibbi müayinədən keçdiyini qeyd edib.

“Altı aydan bir keçirilən tibbi müayinədən yenicə keçdim. Bütün göstəricilər ideal vəziyyətdədir”, – Tramp yazıb.

Bu, 79 yaşlı siyasətçinin son 13 ay ərzində keçdiyi üçüncü tibbi müayinədir. Bundan əlavə, ABŞ prezidenti həmin müddətdə ən azı iki dəfə stomatoloqa müraciət edib.