• 22 °C
|

Trampın xüsusi nümayəndəsi Rusiyaya səfər edəcək

4 Avqust 2025
img

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya səfər edəcək.

APA xəbər verir ki, bunu Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

Ağ Evin rəhbəri səfərin 6-7 avqustda baş tutacağını bildirib.

Səfər zamanı həmçinin Qəzza zolağındakı vəziyyətin də müzakirə olunacağı bildirilir.