28 İyn 2026

Venesuela sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Karakas şəhərindən 60 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 35 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, iyunun 24-də Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində 1430 nəfər həyatını itirib.