05 İyl 2026

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2954-ə çatıb.
APA xəbər verir ki, bu barədə parlamentin sədri Xorxe Rodriges məlumat verib.
Hadisə zamanı yaralananların sayı isə 16592-yə çatıb.
Qeyd edək ki, 24 iyunda Venesuelada dövlət bayramı ilə üst-üstə düşən zəlzələlər Karib dənizi sahili boyunca kurort ərazilərini viran qoyub.
Cəmi 39 saniyə ara ilə baş verən, 7,2 və 7,5 bal gücündə olan zəlzələlər ölkədə böyük dağıntıya səbəb olub.