22 İyn 2026

İsveçrədə İran və ABŞ arasında texniki danışıqlar davam edir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti ceyms devid Vens İsveçrədən yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
"Komandamızın böyük bir hissəsini geridə qoyduq. İranlılar da komandalarının böyük bir hissəsini işi davam etdirmək üçün orada, qoyublar", – o bildirib.
Vens ABŞ-İran danışıqlarına toxunaraq vurğulayıb ki, ümumilikdə, çox məhsuldar bir görüş keçirilib.
Vens eyni zamanda İran və ABŞ arasında dialoqda irəliləyiş olduğuna inandığını deyib.