• 17 °C
|

ALTAY tankının ilk tədarükü oktyabrın 28-də həyata keçiriləcək

12 Oktyabr 2025
img

Ankaranın Kahramankazan rayonunda inşa olunan BMC Ankara Tank və Yeni Nəsil Zirehli Maşınlar İstehsalı Müəssisəsinin rəsmi açılış mərasimi keçiriləcək.

APA xəbər verir ki, oktyabrın 28-də obyektin açılış mərasimində, həmçinin kütləvi istehsalına başlanılan ALTAY tanklarının ilk tədarükü də baş tutacaq.

Layihə çərçivəsində 85-i T1, 165-i T2 konfiqurasiyasında olmaqla 250 tank Quru Qoşunları Komandanlığına təhvil veriləcək.